6+ il təcrübə ilə Azərbaycanda İT sahəsində aparıcı mövqe tutan ONYX Systems, müştərilərimizin rəqəmsal transformasiyasında etibarlı tərəfdaşdır.
2019-cu il 27 iyul tarixində qurulan ONYX Systems, kiçik bir texniki dəstək komandası olaraq fəaliyyətə başladı. Bu gün isə Azərbaycanda etibarlı İT xidmətləri təqdim edən şirkətlərdən biri kimi tanınırıq.
6+ il ərzində 250+ müştəriyə xidmət göstərərək, bank sektorundan tutmuş telecom operatorlarına qədər müxtəlif sahələrdə uğurlu layihələr həyata keçirmişik.İT xidmətlərimiz vasitəsilə müştərilərimizin biznes məqsədlərinə çatmalarına kömək edirik.
Beynəlxalq keyfiyyət standartlarına və beynəlxalq tərəfdaşlıqlarımızla, ən yüksək keyfiyyət standartlarına əməl edirik və müştərilərimizə 99.9% SLA zəmanəti veririk.
İnnovativ texnologiyalar ilə müştərilərimizin İT ehtiyaclarını qarşılamaq və onları gələcəyin rəqəmsal dünyasına hazırlamaqdır. Hər layihədə müxtəlif sahələrdən olan təcrübəli mütəxəssislərimiz bir araya gəlir və ən yaxşı nəticəni əldə etmək üçün kollektiv şəkildə çalışır.
ONYX Systems olaraq, işimizin əsasını təşkil edən dəyərlər bizim müştərilərimizlə olan hər əlaqəmizə təsir edir.
Texnologiyada yenilikləri tətbiq edərək yaradıcı həllərlə müştərilərimizin gözləntilərini üstələyirik.
Hər layihədə ən yüksək keyfiyyət standartlarına əməl edir və nəticəyə odaqlanırıq.
Komanda halında işləyir və müştərilərimizlə səmimi əlaqələr quraraq birgə uğura nail oluruq.
Şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanaraq müştərilərimizlə uzunmüddətli əməkdaşlıq qururuq.
Beynəlxalq keyfiyyət standartlarına riayət etməklə və güclü tərəfdaşlıqlarımızla müştərilərimizə ən yaxşı xidməti təqdim edirik.
Məlumat Təhlükəsizliyi və İdarəetmə
Daxili Audit və Nəzarət Sistemi
Prosedurlar və İş Axını
99.9% Xidmət Keyfiyyəti
ONYX Systems komandası olaraq, sizin İT ehtiyaclarınızı anlamağa və həll etməyə hazırıq. Bizimlə əlaqə saxlayın və fərqi hiss edin.