Virtual ATS

cloudpbx

Çətin olan hər şey sadədir!

CloudPBX(Virtual ATS) – Xüsusi avadanlıq quraşdırmadan İnternet üzərindən telefon xidmətidir. Yüksək qoşulma sürəti və zənglərin aşağı qiyməti IP-telefoniyanı analoq rabitədən daha cəlbedici edir. Bununla belə, CLOUD PBX-in əsas üstünlüyü xərcləri azaltmağa və sifarişlərin sayını artırmağa imkan verən bir biznes alətləridir. Abunəçi dünyanın istənilən yerindən ATS-in bütün funksiyalarından istifadə edir və sizə telefondan başqa heç bir avadanlıq almağa ehtiyac yoxdur. Bütün avadanlıqlar provayderdə yerləşir.

Biznes üçün Virtual ATS imkanları nələrdir? Niyə qoşulmalıyam? Biznesimə nə kimi dəyər qatacaq? kimi suallara bu məqalədə cavab verməyə çalışacağıq.

Virtual ATS sisteminə qoşulmaqla müəssisə yalnız yüksək keyfiyyətli və ucuz rabitə əldə etmir, həmdə müəssisənin işinin səmərəliliyi artır.

Cisco

Xidmətin imkanlarına daha ətraflı baxaq

  • Çoxkanallı nömrə – eyni zamanda limitsiz sayda zəng qəbul etməyə imkan verir. Eyni nömrədən kanalən sayı qədər zəng qəbul etmək və zəng etmək mümkündür.
  • Çağrı Mərkəzi –  Zəng zamanı bütün operatorlar məşğul olarsa, müştəri “virtual növbə”yə yerləşdirilir və bu xidmət ilə siz bank, operator kimi müştərilərlə bir-başa işləyən şirkətlərə zəng edərkən mütləq qarşılaşmısınız. Bu boyük şirkətlərdə telefon sistemini idarə etmək üçün əvəzolunmaz funksiyadır.
  • Daxili telefon – Hər bir işçi və ya şöbəyə virtual ATS-in daxil olan zəngləri yönləndirdiyi qısa nömrə verilir. Bu həm də işçilər arasında kommunikasiyanın çox rahat və səmərəli yoludur.
  • İVR və ya Robot cavablama – İstiqamətləndirici sualların köməyi ilə zəng etmək üçün istədiyiniz menyu elementini seçməyə kömək edir həmçinin birbaşa şəxslə əlaqə qurmadan müştəri lazımı məlumatı əldə edə bilir. Müştəri ehtiyac duyduğu əməkdaşınıza çatmaq üçün isə birbaşa daxili nömrəni yığır. Bu, köməkçi və ya operatorların üzərinə düşən yükü azaldır.
  • İntellektual yönləndirmə – Xətt məşğul olduqda və ya abunəçi cavab vermədikdə zəng yönləndirməsini həyata keçirə bilir. Bağlantı alqoritmləri günün saatlarından və ya həftənin günlərindən asılı olaraq konfiqurasiya edilə bilər.
  • ONYX Bildiriş – Bu xidmətin köməyi ilə sizə gələn buraxılmış və ya qəbul edilmiş zənglərin kim tərəfindən edildiyi (hansı nömrədən) və son olaraq kiminlə danışdığı haqqında anlıq olaraq Telegram, Slack, Whatsapp və ya E-mail yolu ilə bildiriş alırsınız.
  • Hesabat – Qəbul edilmiş və buraxılmış zənglər, zənglərin tarixi, müddəti və dəyəri haqqında ətraflı hesabatların hazırlanması.
  • Mənə zəng edin – funksiyası vasitəsilə müştəri birbaşa şirkətin saytından geri zəng sifariş edə bilər.
  • Konfrans zəngi – Yerindən asılı olmayaraq bir neçə istifadəçi arasında iclaslar yaratmaq, danışıqları və uzaq görüşləri təşkil edərkən istifadə olunur.
  • Səsli mesaj xidməti – Müştərilər müəssisənin elektron poçtuna audio fayl kimi gələn səsli mesajlar göndərmək imkanına malikdirlər.
  • Telefon danışıqlarının qeydə alınması -Müştəri xidməti və satışla məşğul olan şirkətlər üçün vacib xüsusiyyətdir. Danışıqların yazılması, konflikt vəziyyətlərinin həllinə kömək edir və tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti təmin edir. Bu funksiya satış skriptlərini təkmilləşdirmək məqsədilə müştərilərlə işləyən əməkdaşların müştərilərlə danışığını qeydə alıb təhlil etmək üçün istifadə olunur. Lakin unutmaq olmaz ki, hər iki tərəf danışıqların qeydə alınması barədə xəbərdar olmalıdırlar.
  • Qara siyahı – Əməkdaşlarının vaxtına qənaət etmək üçün arzuolunmaz zəngləri məhdudlaşdırır.
  • SİP nömrə ilə şəhər nömrəsi məkanla məhdudlaşmır – Ofisi dəyişdirərkən, ATS quraşdırmaq üçün mütəxəssisləri çağırmağa ehtiyac yoxdur. Bütün cari nömrələr şirkətdə qalır.
  • Mobil telefon nömrələrinin qoşulması – Xüsusi SİM kartların köməyi ilə şirkətin mobil və ofis telefonları vahid tarif planı ilə eyni şəbəkədə birləşdirilir. Yəni siz daxili telefondan zəng etdiyiniz zaman,sizin təyin etdiyiniz möbil nömrə üzərindən zənglər həyata keçirilir. Bu həm qənaət etməyə həmdə mobil zəngləri idarəetməyə şərait yaradır.
  • CRM inteqrasiya – CRM sistemləri ilə inteqrasiya menecerlərə sorğuların statuslarını, sövdələşmələrin təfərrüatlarını, müştərilərin şəxsi məlumatlarını, onların problemlərini, maraqlarını və s. nəzarət etməyə imkan verir.

Virtual ATS xidməti hansı şirkətlərə uyğundur?

Virtual ATS(Cloud PBX) istənilən ölçüdə şirkətlər üçün uyğundur. Kiçik təşkilatlar üçün yüksək keyfiyyətli rabitə və az xərclə işə başlamaq üçün məqsədəuyğundur. Şirkətin stasionar telefonu və müştəriləri üçün isə 24 saat zəng, mesaj saxlamaq imkani olacaq. Lazım gələrsə, kiçik bir şirkət hətta real ofis olmadan da bu xidmətlərdən yararlana bilər. Bunun çün internet xətti kifayət edəcəkdir.

Böyük biznesi və filial şəbəkəsi olan iri şirkətlərdə virtual PBX-i qurulmasının üstünlükləri çoxdur. Bu xidmət onlara müxtəlif, xüsusilə bir birindən uzaq məsafədə olan filiallarda avadanlıq və İT infrastrukturunun dəstək xərclərini azaltmağa imkan verir. Hətta filialın başqa ölkədə olması da rabitə xərclərini artırmır.

Bu yazını daha da uzatmaq və Virtual ATS-in imkanlarını daha da saymaq olar. Əgər hələ tərəddüt edir və sizin biznesinizin ehtiyacı olub-olmamasını həmçinin sizə lazım olan xüsusiyytləri siyahıda görmədinizsə bizimlə əlaqə saxlamaqdan çəkinməyin. ONYX komandası sizə uyğun funksionallığı qısa müddətdə hazırlayıb sizə təqdim edəcəkdir. Sizinlə 20 dəqiqəlik müzakirədən şad olarıq.

————

Leave a Reply

Your email address will not be published. Required fields are marked *