Bakıda şirkətlər üçün İT xidmətləri. Siz işinizi idarə edin.İT-ni biz idarə edək.
Avadanlığın alınmasından quraşdırmaya, gündəlik işdən təhlükəsizliyə qədər hər şey bir komandanın məsuliyyətindədir. Xərc əvvəlcədən bəllidir, problem çıxanda kimə müraciət edəcəyinizi bilirsiniz.
2019-dan Bakıda şirkətlərin İT-sini qururuq və idarə edirik.
1Bir məsul tərəf
«Bu bizlik deyil» bəhanəsinin bitdiyi yer.
Avadanlıq bir şirkətdən alınır, başqası quraşdırır, üçüncüsü dəstək verir. Nasazlıq olanda isə hamı bir-birini göstərir, iş gözləyir. ONYX-da hər üç mərhələ bir komandadadır: təchiz edirik, qururuq, işlədirik. Bir müqavilə, bir məsul tərəf.
- Bir ünvan: problem olanda kimə müraciət edəcəyiniz bəllidir.
- Bir müqavilə: təchizat, quraşdırma və gündəlik dəstək bir yerdə.
- Bir komanda: sisteminizi quran mühəndislər onu sonra da işlədir.
2Nə edirik
Lazım olanı seçirik, qururuq, sonra da işlədirik.
Yeni ofis açırsınız, filial əlavə edirsiniz və ya mövcud sistemləri qaydaya salmaq istəyirsiniz: layihəni əvvəldən sona biz aparırıq.
1. Təchizat
Serverlər, kompüterlər, şəbəkə avadanlığı və proqram lisenziyaları. Orijinal məhsul, rəsmi distribyutorlar vasitəsilə və vendor zəmanəti ilə. Hər alış üçün tez yazılı təklif.
- Server avadanlıqlarışirkətinizin əsas sistemləri üçün düzgün seçilmiş, zəmanətli serverlər.
- Şəbəkə avadanlıqlarıofisdə internet və daxili şəbəkə sabit işləsin deyə.
- Firewall və təhlükəsizlikşəbəkəniz kənar təhdidlərdən qorunsun deyə.
- LisenziyalarMicrosoft və digər proqramlar leqal, vaxtında yenilənmiş.
- Korporativ paketofis üçün lazım olan avadanlıq və lisenziyalar bir sifarişdə, bir təklifdə.
2. Quraşdırma
Ofis və filialların İT-si, server otağı, şəbəkə və kabel işləri, buluda köçmə. Təhvil verəndə hər şey işləyir və sənədləşdirilib, komandanız ilk gündən işə başlayır.
- Şəbəkə dizaynıhər şey əvvəlcədən planlanır, sonradan yamaq-yamaq düzəliş olmur.
- Server otaqlarıəsas sistemləriniz üçün təhlükəsiz və səliqəli yer.
- Kabelləşdirməsəliqəli və sənədləşdirilmiş kabel şəbəkəsi, nasazlığın yeri tez tapılır.
- Fasiləsiz enerji (UPS)işıq gedəndə sistemlər birdən sönmür.
- Buluda köçməpoçt, fayllar və sistemlər məlumat itirmədən köçürülür.
3. Gündəlik idarəetmə
Qurduğumuzu sonra da biz işlədirik: izləmə, yeniləmələr, əməkdaşların sorğuları və təhlükəsizlik. Siz isə öz işinizlə məşğul olursunuz.
- İT-nin idarə olunmasısabit aylıq ödənişlə gündəlik dəstək və izləmə.
- Virtual İT şöbəsiştatda İT işçisi saxlamadan şirkətinizin İT komandası.
- Konsaltinq və audithazırkı vəziyyətin aydın şəkli və nəyi hansı ardıcıllıqla etmək lazımdır.
- Ehtiyat nüsxə və bərpanəsə itəndə iş geri qayıdır.
- Korporativ e-poçt (ONYX Mail)şirkət domenində işlək poçt.
- Helpdesk sistemiəməkdaşların sorğuları bir yerdə, hər birinin vəziyyəti görünür.