VoİP (İP telefon) Nədir?

voip

İP Telefoniya

Bu məqalədə İP telefon sistemi haqqında, qısa və hər kəsin başa düşəcəyi bir formada ətraflı məlumat verməyə çalışmışıq.Texnologiyanın sürətli inkişafı ilə şirkətlərin əvəzolunmaz rabitə mənbəyi olan telefon kommutator(ATS) sistemlərində bir çox yeniliklər baş verir.

 Müəssisələr yeni bir telefon kommutasiya infrastrukturu planlaşdırdığı zaman, mütləq şəkildə bəzi məsələlərə diqqət yetirməlidirlər.

Sərmayə qoyulacaq IP PBX texnologiyası ən son texnoloji yenilikləri özündə birləşdirməlidi və alınan texnologiya (və ya proqram təminatı) sadə yeniləmələrlə uzun müddətli istifadə edilməlidir. Köhnə ənənəvi analoq PBX sistemlərində əlavə avadanlıqla bir çox xüsusiyyət/funksionallıq sistemə əlavə edilirdisə, IP PBX sistemlərində bu xüsusiyyət/funksionallı və tətbiq sistemə daxil edilmiş formadadır. Unutmamalıyıq ki, texnologiya çox tez köhnəldiyindən bu gün edilən hər hansı bir texnologiya sərmayəsi və aldığımız sistemlərin gələcək rabitə ehtiyaclarımıza cavab verməsini təmin etmək üçün diqqətli olmalıyıq.

İndiki vaxtda bir çox texnoloji cihaz internet infrastrukturu üzərində işləyir (nəzərə alsaq ki iOT üzrə ciddi inkişaf gedir, yaxın gələcəkdə bütün cihazların internetə bağlı olacağını deyə bilərik), telefon kommutator sistemlərinin internet üzərindən çalışması/qoşulması artıq actual bir məsələdir. IP əsaslı telefon kommutasiya sistemlərinin köhnə ənənəvi analoq sistemlərdən daha çox xüsusiyyət və üstünlüklərə sahib olması, bu systemin prioritet olmasına gətirib çıxarır.

Cisco

 İP Telefon sisteminin (İP PBX kimi davam edəcəyik) üstünlüklərinı biraz ətraflı baxaq:

– IP Telefoniya İnfrastrukturundan istifadə edən bir müəssisə, şəbəkə infrastrukturundan (internet) istifadə edərək, bütün filialları ilə pulsuz telefon danışıqları edə bilər və bir filialdan gələn zəngləri, digər filialına və ya uyğun istənilən nöqtəyə yönləndirə bilər. VOİP texnologiyası sayəsində bütün filiallar vahid bir nömrə altında tək bir sistem kimi işləyir.

– IP Kommutatorlarla istifadə üçün hazırlanan mobil tətbiqetmələr (ios / android) sayəsində işçilər internetin olduğu hər yerdə daxili nömrəsini mobil telefonlarında, daxili telefonlari kimi istifadə edə bilər. Stolüstü telefonlara ehtiyac duymayan ağıllı telefonlar (Smartphone), planşetlər və noutbuklar sayəsində Siz dünyanın hər yerindən daxili telefonlarınızdan istifadə edə bilərsiniz.

– Alternativ operatorlar sayəsində ənənəvi analoq telefon xətti əvəzinə SIP (sip trunk) istifadə edilən telefon danışıqlarında ciddi qənaət əldə edilə bilər. SİP istifadə etməyin başqa bir üstünlüyü cari nömrənizdən limitsiz sayda telefon zəngi ala və ya edə bilmənizdir.

DİQQƏT: SİP trunk üzərindən qoşulmuş telefon xəttində səs keyfiyyətinin yaxşı olması üçün internetin sürətli olması mütləq nəzə alınmalıdır. İnternet sürəti yavaşlasa, səs keyfiyyəti azalacaq, səs gecikəcək və əlavə səslər əmələ gələcəkdir. 

– Ənənəvi analoq telefon sistemlərində, hər bir abunəçi üçün bir cüt telefon kabelindən istifadə edərkən, IP PBX-lər üçün xüsusi bir xətt keçirməyə ehtiyac yoxdur, həm IP telefon, həm də kompüter IP telefonundakı şəbəkə multipleksor portlarını istifadə edərək şəbəkəyə qoşulur. Yəni kompüter üçün çəkilmiş bir şəbəkəxətti, həm telefonu həm də kompüteri istifadə etməyə imkan verir.

– IP PBX-lərdə gücü(say, funksiyalar,süsusiyyıtlər və s.) artırmaq lazım olduqda əlavə lisenziyalar əldə etməklə sistem gücünü çox sadə bir şəkildə artıra bilərsiniz.

 – IP Telefon sistemlərini idarə etmək üçün browser kifayət edir. Browser üzərindən qoşularaq həm dəyişiliklər etmək, həm ehtiyat nüsxəsini çıxarmaq və ya bərpa etmək mümkündür. Lazımi hallarda sistemə uzaqdan qoşularaq idarə edilə bilər. Müəssisələrin İT mütəxəssisləri İP telefon sistemlərini asanlıqla idarə edə bilərlər.

– IP PBX-lərin digər bir üstün xüsusiyyəti beynəlxalq sip standartında istehsal olunan bütün markaların IP telefonlarına dəstəkləməsidir.

– Video zəng etmə xüsusiyyətinə sahib IP telefonları və digər proqram əsaslı telefonlar öz aralarında video zənglər (video konfrans) edə bilərlər.

 -Köhnə ənənəvi analoq sistemlərdə əlavə bir kartla təmin edilən robot operator sistemi (İVR), İP PBX üzərində funksiya olaraq hazır gəlir (bir çox hallarda bu sistem üçün lisenziya tələb olunmasa da, bəzi İP PBX sistemlərdə lisenziya tələb oluna bilər). Analoq sistemlə müqayisədə daha funksional bir quruluşa sahib olan bu səsli cavab sistemləri, artıq fərqli şirkətlərə fərqli qarşılama edə bilər və ssenariyə görə alt menyular yaradıla bilər. Daha detallı açıqlasaq funksiya aşağıdakı formada çalışır.

Salam. Siz Onyx şirkətinə zəng etmisiniz, Satış şöbəsi üçün 1, İT helpdesk üçün 2, Operator üçün isə 0 düyməsini seçin. Bu düymələr seçildikdə isə Sizin seçdiyiniz istənilən nömrəyə (daxili, mobil, şəhər,ölkə xarici və s.) zəng yönləndirilə bilər.

– IP PBX sistemlərində quraşdırılacaq əlavə lisenziyalarla (bəzən lisenziya tələb olunmur) danışıqlar yazıla/saxlanıla bilər.

ONYX Systems, İP PBX texnologiyası ilə bağlı, müəssisənizə uyğun sistemlər hazırlamağa və təbiq etməyə hazırdır. Bu sahə üzrə Sertifikatlı mütəxəssislər tərəfindən Konsultasiya xidməti göstərilir və tətbiq edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *